BSU-nun tələbələri SOS Uşaq Kəndində bayram tədbiri keçiriblər

                         

     Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan tələbələri hər il 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində ənənəvi olaraq SOS Uşaq Kəndinə  baş çəkirlər. Bu il də dekabrın 28-də həmin ixtisasın 201-ci qrupunun tələbələri Pedaqogika və psixologiya kafedrasının dosenti Gülnarə Həsənovanın rəhbərliyi ilə SOS Uşaq Kəndində bayram  tədbiri keçiriblər.

   

     Tədbirdə uşaqlar qarşısında maraqlı və əyləncəli konsert proqramı ilə çıxış edən tələbələr onlarla xatirə şəkli çəkdiriblər.

     Tədbirin təşkilində Pedaqoji fakültənin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının ötənilki məzunları da xüsusi fəallıq göstəriblər.

Mətbuat Xidməti