Tərcümə fakültəsində bayram şənliyi keçirilib

   

     Dekabrın 27-də Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsində Yeni ilə həsr olunmuş bayram şənliyi keçirilib. Tərcümə fakültəsinin yerləşdiyi mərtəbə Yeni il atributları ilə bəzədilib, bayram süfrəsində müxtəlif  növ təamlar sərgilənib. Tədbirdə Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, Tərcümə fakültəsinin dekanı,  professor Fidan Qurbanova, fakültənin əməkdaşları, digər fakültələrin dekanları, kafedra müdirləri və tələbələr iştirak ediblər.

   

     Bayram tədbirində Tərcümə fakültəsində təhsil alan tələbələrin əl işləri nümayiş etdirilib. İştirakçılarda xoş ovqat yaradan bayram şənliyində tələbələr arasında maraqlı viktorinalar keçirilib, qaliblər hədiyyələrlə mükafatlandırılıblar.

                               

     Tədbir çərçivəsində xeyriyyə yarmarkası təşkil olunub. Qeyd edək ki, xeyriyyə aksiyasından əldə olunan  vəsait hesabına müxtəlif kitablar alınaraq uşaq evlərinə  hədiyyə  olunacaq.

Mətbuat Xidməti