BSU-da “Fransızlar və bayramlar” mövzusunda seminar keçirilib

   

     Dekabrın 25-də Bakı Slavyan Universitetində ERASMUS+ PETRA layihəsi çərçivəsində yaradılmış Təlim və Tədris Mərkəzində Filologiya və xarici dil müəllimliyi fakültəsinin Roman filologiyası kafedrasının müəllimi Şənçiçək Məmmədova tərəfindən  “Les Fêtes et les Français” (Fransızlar və bayramlar) mövzusunda seminar keçirilib. İki hissədən ibarət olan seminarda Roman filologiyası kafedrasının müəllim heyəti və fransız dili üzrə təhsil alan tələbələr iştirak ediblər.

   

     Seminarın birinci hissəsində  müəllim Şənçiçək Məmmədova mövzu ilə bağlı iştirakçılara maraqlı məlumatlar verib, slayd təqdim edib.

   

     Seminarın ikinci hissəsində Şənçiçək Məmmədova mövzunun dinləyicilər tərəfindən necə mənimsənildiyini  müəyyən etmək məqsədilə xüsusi praktik   tapşırıqlar verib. Tələbə-gənclər tərəfindən maraqla qarşılanan seminarda fransız bayramlarında həyata keçirilən müxtəlif adətlər əyani şəkildə təqdim edilib.

Mətbuat Xidməti