BSU-nun tələbə-könüllülərinə sertifikat verilib

  

  

  

     Bildiyimiz kimi, dekabrın 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin (UNDP Azerbaijan) tərəfdaşlığı ilə Beynəlxalq Könüllülər Gününə və Bakı Dövlət Universitetinin 100 illik yubileyinə  həsr olunmuş “Azərbaycan Tələbə Könüllülərinin Forumu - 2019” keçirilib.

     Forumdan öncə tələbə-könüllülər Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

     Forumda “Bir” Tələbə-Könüllü proqramının 10 regionda yerləşən ali və orta ixtisas təhsili müəssisələrindən 36 fəal tələbə-könüllü mükafatlandırılıb. Tələbə-könüllülərdən Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Murad Ayazlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramında 2019-cu il üzrə fəal koordinator,  Pedaqoji fakültəsinin tələbəsi Azad Hüseynov 2019-cu il üzrə fəal könüllü sertifikatı ilə təltif olunublar. Biz də tələbə-könüllülərimizi bu münasibətlə təbrik edir, onlara həyatda, təhsildə və ictimai fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

Mətbuat xidməti