Filologiya və xarici dil müəllimliyi fakültəsində ulu öndər Heydər Əliyevin anım günü keçirildi

  

  

     Dekabrın 12-də Filologiya və xarici dil müəllimliyi fakültəsində Azərbaycan xalqının həyatında silinməz iz qoymuş dahi şəxsiyyət Heydər  Əliyevin anım günü keçirildi.

     Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Tədbiri fakültənin dekanı, dosent Gültəkin Əliyeva açdı. Dosent Gültəkin Əliyeva öz çıxışında ümumilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan tarixi və mədəniyyətindəki müstəsna rolundan, Azərbaycanın dövlətçilik tarixindəki misilsiz xidmətlərindən, Azərbaycan incəsənətinə, mədəniyyətinə, ədəbiyyatına və görkəmli ziyalılara göstərdiyi böyük qayğıdan, dövlət dilinin saflığının qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətindəki prinsipal mövqeyindən, milli-mənəvi dəyərlərin, milli adət və ənənələrin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı gənc nəslə verdiyi tövsiyələrdən, dünya  azərbaycanlılarının birliyini daha da möhkəmləndirmək məqsədilə Azərbaycan diaspor təşkilatlarına göstərdiyi diqqət və qayğıdan, həmçinin Onun xalqının gələcəyini daim düşünən bir qeyri-adi zəka sahibi, fenomenal şəxsiyyət olduğundan geniş söhbət açdı.

  

                               

     Müasir rus dili kafedrasının müdiri, professor İlyas Həmidov öz çıxışında Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən danışdı. O, Ulu Öndərin, Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə , dilinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi qiymətləndirdi.

     Tədbirdə tələbələrdən Aydan Bağırova “Əbədiyaşar şəxsiyyət”, Seyran Dadaşov “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir”, Nuranə Mürsəlzadə “Heydər Əliyev və Azərbaycan dili” mövzularında məruzələrlə çıxış etdilər.

     Daha sonra Əli Cəfərov Rüstəm Sadiqin “Ulu Öndər”, Sahilə Həmidova Leyla Əliyevanın “Elegiya”, Rahilə Yusifova Mənzər İsmayılovanın “Ulu Öndər” şeirini səsləndirdilər.

     Tədbir videoçarxın nümayişi ilə başa çatdı.

Mətbuat xidməti