BSU-da “Təhsildə müasir və aktual problemlər” mövzusunda elmi-praktik seminar keçirilib

  

     Noyabrın 28-də Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Təhsildə müasir və aktual problemlər” mövzusunda elmi-praktik seminar keçirilib.

     Seminarda çıxış edən Azərbaycan Təhsil İnstitutunun direktor müavini, dosent Ənvər Abbasov mövzunun aktuallığından danışaraq müasir dövrdə təhsil sahəsi qarşısında başlıca vəzifələr barədə geniş danışıb.  Dosent Ə.Abbasov yüksək səviyyəli kadrların hazırlanması, müasir təhsil sisteminin inkişafı və bu istiqamətdə yeni mexanizmlərin yaradılması kimi vacib məsələləri  əks etdirən istiqamətlər barədə ətraflı məlumat veribb.

     Sonda tələbə-gəncləri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat xidməti