BSU-da "Liderlik məktəbi" təlimləri davam edir

  

                                       

     Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatı tərəfindən keçirilən "Liderlik məktəbi" təlimləri davam edir. Noyabrın 20-də keçirilən növbəti təlimdə BSU-da müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.

     Təlimdə Pedaqoqika və psixologiya kafedrasının müəllimi Nisə Abdullayeva tələbə-gənclərə əməkdaşlığın qurulması yolları, danışıqların aparılması, manipulyativ metodlar,  konfliktologiya və konfliktiv məsələlərin həlli yolları kimi mövzulardan danışıb, iştirakçılara bir sıra tövsiyələr verib.

     Qeyd edək ki, təlimlərdə fəallıq göstərən gənclər sonda sertifikatla təltif olunacaqlar.

Mətbuat xidməti