BSU-da “Dünya psixoloqun gözü ilə” adlı sərgi keçirilib

   

   

                                          

        Noyabrın 27-də Bakı Slavyan Universitetində (BSU) Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Sosial-psixoloji xidmət” mərkəzi tərəfindən 22 Noyabr Psixoloq Gününə həsr olunmuş “Dünya psixoloqun gözü ilə” adlı sərgi keçirilib.

        Tədbirdə çıxış edən Pedaqogika və psixologiya kafedrasının dosenti, “Sosial-psixoloji xidmət” mərkəzinin rəhbəri Gülnarə Həsənova Psixoloq Günü ilə bağlı iştirakçılara məlumat verib, “Sosial-psixoloji xidmət” mərkəzi tərəfindən gələcəkdə nəzərdə tutulmuş işlərdən danışıb. G.Həsənova “Təhsildə sosial-psixoloji xidmət” ixtisasında təhsil alan tələbələrin universitetin ictimai həyatındakı fəaliyyətlərini yüksək qiymətləndirib, onlara yeni nailiyyətlər arzulayıb.

   

     Sərgidə Pedaqoji fakültənin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasında təhsil alan IV tədris ili tələbələrindən Həmidə Ağabalayevanın, Nərminə Babayevanın, Səbinə Əkbərovanın və Xeyrənsə Məmmədovanın rəsimləri nümayiş olunub.

     Sonra fakültənin III tədris ili tələbələrinin iştirakı ilə pantomim tamaşası göstərilib. Tamaşa zamanı tələbələrdən  Nurlana  Pançulidze, Lalə Əliabbasova, Hüseyn Bağırov və Mələk Məmmədova musiqinin sədaları altında depressiya, bipolyar pozğunluqlar, Turetta sindromu, paranoid kimi müəyyən psixi pozğunluqlar zamanı insanların düşdüyü vəziyyəti canlandırıblar.

     Tədbirin sonunda iştirakçılara tələbələr tərəfindən maarifləndirici əhəmiyyət daşıyan bukletlər paylanılıb.

Mətbuat xidməti