BSU-da “Sağlam təhsil-sağlam gələcək” mövzusunda tədbir keçirilib

      

   

   

   

              Noyabrın 21-də Bakı Slavyan Universitetinin (BSU) Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinin İbtidai təhsil kafedrasının təşkilatçılığı ilə “Auditoriya+” layihəsi çərçivəsində “Sağlam təhsil-sağlam gələcək” mövzusunda tədbir keçirilib.

              Tədbiri giriş sözü ilə açan İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova mövzunun aktuallığından danışaraq kafedra tərəfindən tələbə-gənclərin  özünüinkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

              Sonra BSU-da “Auditoriya+“ layihəsinin rəhbəri, dosent Şükufə Ağakişiyeva tədbir iştirakçılarına “Auditoriya+“ layihəsi çərçivəsində BSU-da keçirilən tədbirlər və layihənin məqsədi barədə məlumat verib.

              Tədbirdə iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər pedaqogika və korreksiyaedici pedoqogika üzrə ixtisasçısı, Loqos Psixoloji və Nitq İnkişafı Mərkəzinin mütəxəssisi Səadət Qəmbərova çıxışında təhsilin müasir gəncliyin əsas həyat meyarı olmasından, uşaqların hərtərəfli və ahəngdar şəxsiyyət kimi formalaşmasında təhsilin rolundan söz açıb. Məruzəçi  müasir müəllimləri ”insan mühəndisi“ kimi xarakterizə edərək onları gələcəyin qurucusu olan uşaqların formalaşmasında əsas sima kimi dəyərləndirib.

             Sonda tələbə-gənclərin mövzu ilə bağlı fikirləri dinlənilib, çoxsaylı suallar cavablandırılıb.

Mətbuat xidməti