Noyabrın 20-də Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər,regionşünaslıq və jurnalistika fakültəsinin təşkilatçılığı ilə Diplomatiya və xarici siyasət kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc Diplomatlar Klubu”nun üzvləri ilə görüş keçirlib.
Tədbiri giriş sözüilə açan Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova “Gənc Diplomatlar Klubu”nun fəaliyyəti,vəzifələri, məqsədləri və İdarə Heyəti haqqında məlumat verib,klubun tələbələr üçün əhəmiyyətini vurğulayaraq tədbirin təşkilatçılarına uğurlar arzulayıb.
BSU-nun Elmi işlər üzrə prorektoru,professor Rafiq Novruzov universitetdə “Gənc DiplomatlarKlubu”nun yaradılmasını və tələbələrin buraya cəlb edilməsini yüksək qiymətləndirib.
Beynəlxalq münasibətlər,regionşünaslıq və jurnalistika fakültəsinin dekanı,dosent Şirinbəy Əliyev,Diplomatiya və xarici siyasət kafedrasının müdiri,dosent Əsgər Əhməd, həmin kafedranın müəllimləri Mahirə Əzizova və Səbinə Əliyeva çıxışlarında bildiriblər ki,klubun inkişaf istiqamətləri tələbələrin gənc diplomat kimi yetişməsində mühüm rol oynayır.
Çıxış edənlər klubun üzvlərinə tövsiyələr verərək gənc diplomatlara uğurlar arzulayıblar.
Tədbirin sonunda “Gənc Diplomatlar Klubu”nun yeni İdarə Heyəti ilə tanışlıq olub.
Mətbuat xidməti