BSU-da “Akademik Məmmədağa Şirəliyevin Azərbaycan dilçiliyində rolu” mövzusunda dəyirmi masa keçirilib

  

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan dilçi alim, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, akademik Məmmədağa Şirəliyevin anadan olmasının 110 illiyi münasibətilə ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Bu Sərəncama uyğun olaraq Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə akademik Məmmədağa Şirəliyevin anadan olmasının 110 illiyi ilə əlaqədar “Akademik Məmmədağa Şirəliyevin Azərbaycan dilçiliyində rolu” mövzusunda dəyirmi masa keçirilib.

       Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev tədbiri giriş sözü ilə açaraq akademik Məmmədağa Şirəliyevin Azərbaycan dilçilik elminin inkişafında göstərdiyi böyük xidmətlər barədə ətraflı məlumat verib.

       Sonra Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımovun “Akademik Məmmədağa  Şirəliyevin akademiya fəaliyyəti” mövzusunda, Türkologiya kafedrasının müdiri,dosent Şaban Hüseynovun “Azərbaycan dilçiliyinin inkişafında akademik Məmmədağa  Şirəliyevinrolu” mövzusunda, Türkologiya kafedrasının baş müəllimiNamiq Qafarovun “Akademik Məmmədağa ŞirəliyevinAzərbaycan dialektologiyasının tədqiqi sahəsində fəaliyyəti”mövzusunda, Müasir Azərbaycan dili kafedrasının baş müəllimi SevincKərimovanın “Dilçi kadrların hazırlanmasında akademik Məmmədağa  Şirəliyevinrolu” mövzusunda məruzələri dinlənilib.

       Geniş və məzmunlu məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

  BSU-nun Mətbuat katibi