BSU-nun tələbələri arasında dama və şahmat yarışlarına start verilib

                        

Noyabrın 18-də Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümü münasibətilə ikigünlük dama və şahmat yarışlarına start verilib. YAP-ın Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının və universitetin İdman Klubunun təşəbbüsü ilə keçirilən yarışa Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsi, Tərcümə fakültəsi və Pedaqoji fakültədə təhsil alan tələbələr qatılıblar.

Qeyd edək ki, yarışın ikinci günü nəticələr məlum olduqdan sonra qalib gələn tələbələr diplomla mükafatlandırılacaqlar.

Mətbuat xidməti