Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Liderlik məktəbi” təlimlərinə start verilib. Məlumat üçün bildirək ki, təlim 4 mərhələdən ibarətdir. Qeyd edək ki, təlimin məqsədi tələbələrin liderlik bacarıqlarının inkişaf etdirilməsi, gənclərə gələcək fəaliyyətlərində liderlik xüsusiyətlərinin aşılanmasıdır.
Noyabrın 15-də keçirilən ilk təlimin mövzusu “Liderlik nəzəriyyələri və liderlik keyfiyətlərinin aşkarlanması” olub. Təlimçi - Pedaqoqika və psixologiya kafedrasının muəllimi Nisə Abdullayeva bu mövzuda maraqlı təqdimatla çıxış edib.
Təlimlərdə uğurla iştirak edən gənclər sonda sertifikatla təltif olunacaqlar.
Mətbuat xidməti