BSU-da “Psixosomatikanın əsasları” mövzusunda seminar keçirilib

                            

Noyabrın 8-də Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Sosial-psixoloji xidmət” mərkəzi tərəfindən “Psixosomatikanın əsasları” mövzusunda seminar keçirilib. Qeyd edək, ki 2013-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) EMDR terapiyanı uşaqlar, yeniyetmələr və böyüklərin PTSR müalicəsində seçimli terapiya kimi tövsiyə siyahısına daxil edib.

Seminarın təlimçisi EMDR terapevt Süleyman Məmməd-zadə olub. S.Məmməd-zadə çıxışında bildirib ki, elmi əsaslı müalicə üsullarından biri olan EMDR terapiya narahatlıq, depressiya, post-travmatik stress pozuntusu zamanı ən səmərəli terapiya növüdür. Psixosomatikadan söhbət açan təlimçi qeyd edib ki, çox çətin müalicə üsulu olan EMDR terapiya xəstəliyin təkrarlanmamasına zəmanət verir və psixosomatik xəstəliklərin psixoloji köklərini görməyə, xəstəliyi sağaltmaqla yanaşı, xəstənin tamamilə müalicə olunmasına imkanı yaradır.

Seminarın sonunda tələbə-gəncləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Mətbuat xidməti