BSU-da “Gələcəyin məktəbi” layihəsi öz işinə başlayıb

                                                                   

Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət”  ixtisasının  IV tədris ili tələbələri BSU-nun nəzdində Məktəb-Lisey Kompleksində  Startap layihəsi çərçivəsində  fəaliyyətə başlayıblar.

İlkin mərhələdə “risk qrupuna” aid olan,  emosional cəhətdən qeyri-sabit, kollektivə uyğunlaşmaqda çətinlik çəkən uşaqlara psixoloji yardım etmək və məktəb psixoloquna dəstək olmaq məqsədilə Pedaqoji fakültənin “Təhsildə sosial-psixoloji xidmət”  ixtisasının  IV tədris ili tələbələrinin fasiləsiz təcrübəsinin təşkili nəzərdə tutulub.

Artıq fəaliyyət göstərəcək tələbələr siniflərə təqdim edilib, şagirdlərlə aparılacaq işin növləri və formaları müəyyənləşib. Psixoloq - tələbələrin fasiləsiz  təcrübəsinin nəticələri haqqında məlumat  məktəbin rəhbərliyinə, fakültə dekanına və layihə koordinatoruna təqdim olunacaq.

Mətbuat xidməti