BSU-da “Tədqiqat üsulları. Məqalə və tezislərin tərtibi prinsipləri” adlı ustad dərsi keçirilib

                                                              

Noyabrın 7-də Bakı Slavyan Universitetinin (BSU) Tələbə Elmi Cəmiyyətinin  (TEC) təşəbbüsü və təşkilatçılığı ilə “Tədqiqat üsulları. Məqalə və tezislərin tərtibi prinsipləri” adlı ustad dərsi keçirilib.  Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin dekanı, professor Leyla İmaməliyeva ustad dərsində tələbələrə məqalə və tezislərin yazılma qaydalarının ilkin prinsipləri barədə geniş məlumat verib. Tələbələr məqalənin adının seçilməsi, giriş, əsas hissə, nəticə, xülasə, açar sözlər, ədəbiyyat siyahısının tərtibi kimi vacib məqamları, akademik yazı qaydaları, elmi etika haqqında geniş məlumatlar əldə ediblər.

Dərs zamanı professor Leyla İmaməliyeva tələbələrlə mövzu ətrafında diskussiya aparıb, onları maraqlandıran sualları cavablandırıb. Ustad dərsində bütün fakültələr üzrə I-V tədris ili tələbələri iştirak ediblər. Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Sonda BSU üzrə TEC-in sədri Könül Zeynallı belə ustad  dərslərin davamlı olacağını bildirib, iştirakçılara uğurlar arzulayıb.

Mətbuat xidməti