BSU-da Dövlət Bayrağı Günü ilə bağlı fləşmob

                                 

Noyabrın 8-də Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının Gənclər Birliyi tərəfindən 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib. Fləşmobda iştirak edən tələbə-gənclər əvvəlcə rektor, professor Nurlana Əliyevaya universitetin girişindəm üçrəngli bayrağı əks etdirən döş nişanını təqdim ediblər.

Sonra tələbələr tərəfindən universitetin prorektorlarına, dekanlara, şöbə müdirlərinə, müəllim və tələbələrə döş nişanları paylanılıb.
Fləşmobun davamında xalqımızın birlik rəmzi olan ”Yallı” nümayiş etdirilib.  Sonda Dövlət Bayrağı Günü ilə bağlı videoçarx nümayiş olunub.

Mətbuat xidməti