BSU-da tibbi müayinə və tibbi sorğu keçirilib

                          

     Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 15.09.2015-ci il tarixli 18 saylı əmrinə əsasən ali məktəblərin I tədris ili tələbələrinin arasında xəstəliklərin (vərəm, malyariya, hepatitlər və s.) vaxtında aşkarlanması və profilaktikası məqsədilə tibbi müayinə keçirilib. Müayinə zamanı tələbələr arasında ümumi tibbi sorğu aparılıb və tələbə-gənclərə xəstəliklərlə bağlı ümumi məlumat verilib, həmçinin mütəxəssislər tələbələri maraqalandıran sualları cavablandırıblar.

     Qeyd etmək lazımdır ki, BSU-da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı"na əsasən tələbələr arasında xəstəliyin profilaktikası, müalicəsi və reabilitasiyası üçün tibbi sorğu da həyata keçirilib.

Mətbuat xidməti