BSU-da 9 Noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş fləşmob keçirilib

                                                  

     Noyabrın 6-da  Bakı Slavyan Universitetinin (BSU) Ölkəşünaslıq Klubunun təşkilatçılığı ilə universitetdə 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş fləşmob keçirilib. Fləşmobun keçirilməsində əsas məqsəd dövlət bayrağına olan sevgini bir daha xalqımıza və bütün dünyaya nümayiş etdirmək olub. "Bayraq birlikdir!" şüarı altında keçən tədbirdə müxtəlif fakültələrin tələbələri bayrağa aid aforizmləri xarici dillərdə səsləndiriblər. "Bayrağımız-dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir", "Bayraq şəhid qanı ilə ucalar, dirəklə yox", "Bayrağımız devletimizin ve bağımsızlığımızın senbolüdür, "Flag is union", "Our flag is a symbol of our statehood and independence", "Die aserbaidschanische Flagge schüebt immer oben" kimi aforizmləri səsləndirən tələbə-gənclər ümumilikdə bayrağın birlik rəmzi olduğunu göstəriblər.

BSU-nun Mətbuat xidməti