BSU-nun tələbələri ekskursiyada

                                            

Oktyabrın 26-da Bakı Slavyan Universitetinin (BSU) Ölkəşünaslıq Klubunun İdarə Heyətinin üzvləri və fəalları tədbirlər üzrə məsul şəxs Nizami Xəlilovun təşkilatçılığı ilə “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Miniatür Kitab Muzeyində və Nəriman Nərimanovun ev-muzeyində ekskursiyada olublar.

Əvvəlcə Miniatür Kitab Muzeyinə yollanan tələbələr dünyanın ən kiçik ölçülü  kitabları ilə tanış olublar.  Daha sonra Nəriman Nərimanovun ev-muzeyini ziyarət edən tələbələr bu tarixi şəxsiyyətin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.

BSU-nun Mətbuat xidməti