Bakı Slavyan Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi 2019-cu il oktyabr ayının 17-də saat 10:00-da Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edəcək, sonra isə saat 15:00-da Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş “50 il qüdrətli Azərbaycan naminə” adlı geniş tədbir keçiriləcək. Tədbirdə dövlət və hökümət nümayəndələrinin, Yeni Azərbaycan Partiyasının məsul şəxslərinin, millət vəkillərinin, tanınmış və nüfuzlu ictimai-siyasi xadimlərin, ziyalıların iştirakı nəzərdə tutulur.
BSU-nun Mətbuat Xidməti