Oktyabrın 15-də Bakı Slavyan Universitetində ERASMUS+ PETRA layihəsi çərçivəsində yaradılmış Təlim-Tədris Mərkəzində Avropa dilləri kafedrasının müəllimi Elmira Xanəliyeva “Effective strategies for teaching Academic writing” mövzusunda seminar keçirib. Seminarın keçiriliməsində məqsəd tələbələrə yazı qaydalarını səmərəli yollarla tədris etmək üçün müəllimlərə faydalı metod və üsulları göstərməkdir. Yazı vərdişlərini mənimsəmək üçün həmin səmərəli yollar ayrı-ayrılıqda müqayisə edilərək təhlil olunub, qrafik və nümunələrlə göstərilib. Nəticə etibarilə tələbələr müasir metod və üsulları mənimsəyərək yazı prosesinə başlaya və ya onu təkmilləşdirə bilərlər.
BSU-nun Mətbuat Xidməti