BSU-da “Müəllim zəkadır, müəllim ziyadır” adlı tədbir keçirilib

            

 

Oktyabrın 4-də Bakı Slavyan Universitetində (BSU) 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Müəllim zəkadır, müəllim ziyadır” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova universitetin müəllim və tələbələrini 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, bu gün çox gözəl və əlamətdar bir gündür. Müəllimlik peşəsi bütün peşələrin başında dayanır, humanist, fədakar, şərəfli və müqəddəs peşədir. Müəllim əməyi vətənpərvərlik nümunəsidir.

Vurğulanıb ki,  müəllim peşəsinə yüksək qiymət verən müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev demişdir: “Müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir”. Azərbaycanda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü qüdrətli siyasi xadim, görkəmli dövlət rəhbəri Heydər Əliyevin müvafiq Sərəncamı əsasında keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirir, müasir tələblərə cavab verən pedaqoji kadr hazırlığına xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın çoxşaxəli vətənpərvər fəaliyyətinin əsas istiqamətlərindən birini təhsilə diqqət və qayğı təşkil edir.

Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin İbtidai təhsil kafedrasının baş müəllimi Vüsalə Səfərova çıxış edərək tədbir iştirakçılarını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara səmimi və xoş arzularını çatdırıb.

Sonra tədbir tələbə-gənclərin ifasında bədii-musiqili proqramla davam edib. Onların müəllimə həsr olunmuş çıxışları, şeirləri, təqdim etdikləri videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb. Rəngarəng proqrama malik olan tədbir hamıda xoş təəssürat yaradıb.

BSU-nun Mətbuat Xidməti