Məmmədov Sadir Surxay oğlu

Sadir Surxay oğlu Məmmədov1.jpg

Məmmədov Sadir Surxay oğlu — hüquq üzrə fəlsəfə doktoru, dosent, polis polkovniki, Qarabağ müharibəsi veteranıdır.

14 fevral 1950-ci ildə Ağdam rayonunun Göytəpə sovetliyinin Kəngərli kəndində anadan olmuşdur. 1956-cı ildə Göytəpə kənd orta məktəbinə daxil olmuş, 1966-cı ildə həmin məktəbin X sinfini bitirərək H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildə həmin fakültəni bitirmişdir. 1970-ci ildən Ağdam rayonu Söyüdlüqol orta məktəbində tarix, ictimaiyyət müəllimi işləmişdir. Eyni zamanda Ağdam şəhəri Üzeyir Hacıbəyov adına müsiqi texnikumunda həmin fənlər üzrə müəllim işləmişdir. 1971-ci ildə hərbi xidmətə çağırılmış, 1972-ci ildə xidməti başa vuraraq Söyüdlüqol orta məktəbində müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2007-ci ildə elmi işini müdafiə etmiş və hüquq elmlər namizədi alimlik dərəcəsi almışdır.

2010-cu ilin yanvar ayından bu günə kimi Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Diplomatiya və xarici siyasət kafedrasının dosenti və Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzində böyük elmi işçi və Qarabağ bölməsinin rəhbəri vəzifəsində işləmişdir. Hal-hazırda Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiridir. 2016-cı il may ayının 4-də Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələri veteranları təşkilatının üzvü olmuşdur. Qarabağ müharibəsi veteranıdır. 1973-cü ildə Özbəkistan Respublikası Daxili İşlər orqanlarında xidmətə başlamışdır. 1 oktyabr 1973-cü ildə Buxara vilayətinin Nəvoi şəhər daxili işlər şöbəsinin cinayət-axtarışı bölməsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifələrində xidmətə başlamışdır. 1979-cu ildən Buxara şəhər Daxili işlər idarəsinin cinayət axtarış şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1982-ci ildə Moskva şəhərində keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına daxil olmuşdur. 1984-cü ildə həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Bakı Milis Məktəbində xüsusi fənlər üzrə müəllim, baş müəllim və həmin kafedranın rəisi vəzifələrində işləmişdir. 1986-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. 1988-ci ilin 11 fevralında Dağlıq Qarabağ Muxtar Vilayətində yaranmış vəziyyətlə əlaqədar AR Dİ nazirinin əmrinə əsasən Xankəndinə (Stepanakertə) ezam olunmuşdur. 1989-cu ildə Azərbaycan Respublikası DQMV-i Şuşa Rayon Daxili İşlər Şöbəsinin rəisi, 1990-cı ildə DQMV-nin Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. 1992-ci il iyunun 17-də Ağdərə Rayon Polis Şöbəsinə rəis vəzifəsinə təyin olunmuş və həmin il iyul ayının 24-də həmin vəzifədən azad edilmişdir. 1992-ci ildə Özbəkistan Respublikası DİN-nin Ali Milis Məktəbində xüsusi fənlər üzrə baş müəllim vəzifəsində işləmişdir. 1993-ci ilin may ayında Özbəkistan Respublikası DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 1993-cü ilin oktyabrında AR DİN-in tələbnaməsi ilə yenidən Azərbaycana qayıtdıqdan sonra Azərbaycan Respublikası DİN-in Narkomaniya və Narkobiznesə qarşı mübarizə İdarəsinin rəis müavini vəzifəsində, 1995-ci dekabrından Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsində şöbə rəisi, 2000-ci ildən isə həmin baş idarədə Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi vəzifəsində işləmişdir.

2007-ci ildə elmi işini müdafiə etmiş və hüquq elmlər namizədi alimlik dərəcəsi almışdır. 2010-cu ilin yanvar ayından bu günə kimi Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Diplomatiya və xarici siyasət kafedrasının dosenti və Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzində böyük elmi işçi və Qarabağ bölməsinin rəhbəri vəzifəsində işləmişdir. Hal-hazırda Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiridir. 2016-cı il may ayının 4-də Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələri veteranları təşkilatının üzvü olmuşdur. Qarabağ müharibəsi veteranıdır.