BSU-da ağıllı lövhələrdən istifadə qaydaları ilə bağlı təlim keçirilib

                             

Sentyabrın 9-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasınn  təşkilatçılığı ilə ağıllı lövhələrdən istifadə qaydaları ilə bağlı təlim keçirilib. Təlimdə kafedranın lborant və  müəllimləri iştirak ediblər.

Elektron idarəetmə resursları şöbəsinin müdiri Nurlan  Məmmədov treninq iştirakçılarına dərs zamanı auditoriyada ağıllı lövhələrdən istifadə qaydaları, keçirilən mühazirələrin videoyazılarının mühazirələrin "Youtube" videohistinqində yerləşdirmə üsulları barədə məlumat verib. Şöbə müdiri  ağıllı lövhə üzərində müəllimlərə praktik qaydada  bir çox funksiyaları izah edib.

Qeyd edək ki, kafedra üçün nəzərdə tutulmuş təlimlər iki gün davam edəcək.

BSU-nun Mətbuat Xidməti