BSU-nun yataqxanası əsaslı təmir olunub

                                                            

Məlum olduğu kimi, Bakı Slavyan Universitetinin ümumilikdə 4 yataqxanası vardır. Onların üçündə məcburi köçkünlər yerləşdirildiyindən cəmi bir yataqxana  (3 saylı)  tələbələrin ixtiyarındadır.  Beş mərtəbədən ibarət olan bu yataqxananın da birinci və üçüncü mərtəbəsində birlikdə 26 qaçqın ailəsi yerləşdirilib.

Yataqxananın yalnız  ikinci- dördüncü mərtəbələri universitet üçün nəzərdə tutulub. Tələbə qızlar üçün nəzərdə tutulmuş dördüncü mərtəbədə 22 otaq vardır. İukinci mərtəbədə isə yerli və xarici tələbələrlə yanaşı, universitetə gəlmiş qonaqlar, müəllimlər yerləşdirilib. Bundan əlavə, tibb məntəqəsi, komendant otağı, yataqxana özünüidarəetmə komissiyası, tələbə şurası da ikinci mərtəbədə yerləşir.   Yataqxana binası 1965-ci ildə tikilsə də onun kombi sistemi təhciz edilmiş istilik mərkəzi vardır.  Bina telefon və yüksəksürətli internet (Wi-Fi) xətləri ilə təmin olunub. Otaqlarda ən müasir tipli yataq mebelləri, şkaflar və hər bir tələbə üçün iş masaları quraşdırılıb. Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün onların ixtiyarına kitabxana və tədris otağı verilib.

Yeni tədris ili ərəfəsində yataqxanada əsaslı təmir işləri aparılıb, mətbəx, yeməkxana yenidən qurulub, zəruri avadanlıqlarla təmin olunub. Mətbəxin, yeməkxananın, soyunub-geyinmə və  duş otaqlarının tavanı yenuidən qurulub. Yataqxananın komendantı Afaq xanım təmir işlərində Bakı Slavyan Universiterti ilə yanaşı, Qaçqınların və Məcburi Köçknlərin İşləri üzrə Dövlət Komitəsinin, Binəqədi rayon İcra Hakimiyyətinin fəal iştirak etdiyini bildirir. 

BSU-nun tələbə yataqxanası Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 152 ünvanında yerləşir.

                                                                                                                                                                                                                                            BSU-nun Mətbuat Xidməti