BSU-da Milli Qurtuluş Günü qeyd olunub

  

    İyunun 14-də Bakı Slavyan Universitetində (BSU) 15 İyun- Milli Qurtuluş Günü adlı tədbir keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 26-cı ildönümünə həsr olunub.

    Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə giriş sözü ilə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova Milli Qurtuluş Gününün tairxindən söz açıb. O, qeyd edib ki, 1993-cü il iyun ayında Azərbaycanın daxilində baş verən gərgin proseslər dövlət müstəqilliyini təhlükə altına almışdı. Xalq ayağa qalxaraq təkidlə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə gəlməsini tələb edirdi. 1993-cü il iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi daxil oldu.

    Tədbir Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirovun çıxışı ilə davam edib. O, tədbir iştirakçılarını Qurtuluş bayramını münasibətilə təbrik edib və Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Ə.Əmirov çıxışında 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın rifahının yaxşılaşmasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmdirilməsindən söz açıb. O, Ulu Öndər Heydər Əliyevi müasir Azərbaycanın memarı adlandırıb.

Sonda “Milli Qurtuluşdan İntibaha” adlı sənədli film nümayiş olunub.

BSU-nun Mətbuat Xidməti