BSU-da “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə bügünki reallıqlar kontekstində” adlı dəyirmi masa keçirilib

        

Bu gün Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə bügünki reallıqlar kontekstində” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masada Beynəlxalq münasibətlər kafedrasının dosenti Alpay Əhmədov mövzu barədə geniş mühazirə ilə çıxış edib. 
A.Əhmədov 1987-ci ildə Vaşiqntonda ABŞ prezidenti Ronald Reyqan ilə SSRİ rəhbəri Mixail Qorboçov tərəfindən imzalanan “Orta Mənzilli Nüvə Gücü” sazişi, bu müqavilədən sonra SSR və ABŞ arasındakı münasibətlər və digər məsələləri ətraflı analiz edib. 
Mühazirənin davamında tələbələri maraqlandıran suallar cavablandırılıb.

BSU-nun Mətbuat Xidməti