BSU-da “Ən yaxşı tərcümə” müsabiqəsi keçirilib

          

    Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin və Avropa dilləri kafedrasının birgə təşkilatçılığı ilə növbəti “Ən yaxşı tərcümə” müsabiqəsi keçirilib.

Budəfəki müsabiqə Tərcümə fakültəsinin ingilis dili ixtisası üzrə təhsil alan II kurs tələbələri arasında olub.

    Müsabiqənin şərtlərinə görə, verilmiş mətni müəyyən vaxt ərzində tərcümə etmək tələb olunub. Nəticədə I, II və III yerə layiq görülən tələbələrə Tərcümə fakültəsinin dekanı Fidan Qubanova, Avropa dilləri kafedrasının müdiri Nigar Babayeva tərəfindən müvafiq diplom və hədiyyələr  təqdim edilib.

BSU-nun Mətbuat Xidməti