BSU tələbələri A.S.Puşkinə həsr olunmuş tədbirdə iştirak ediblər

              

      Artıq 21 ildir ki, ölkəmizdə böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin poeziyasının həvəskarlarını bir araya gətirən Puşkinə həsr olunmuş layihə həyata keçirilir. Azyaşlılar, məktəblilər, tələbələr və bütövlükdə puşkinsevərlər bu tədbirə həvəslə qatılırlar. Rus milli poeziyasının günəşi hesab olunan şairin anadan olmasının 220 illiyinə həsr olunmuş builki layihə “Dünya xəritəsində Puşkin muzeyləri” adı altında keçib. Layihəyə Azərbaycanda Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina rəhbərlik edib.

     Mayın 3-də Səməd Vurğunun ev-muzeyində baş tutan növbəti şeir oxuları müsabiqəsində BSU-nun Rusiya tədris-mədəniyyt mərkəzinin nəzdindəki “Rusiyanın dostları” klubunun üzvləri, həmçininn Avropa liseyinin, 60, 17 saylı ümumtəhsil məktəblərinin, 160 saylı klassik gimnaziyanın şagirdləri , “Sfera” gənclər teatrının tələbələri iştirak ediblər.

    BSU-nun Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin 301-ci qrupun tələbələri Sevinc Qəmbərova, Cəmilə Qafarova, Fatimə İsayeva, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 102-ci qrupunun tələbəsi Ceyhun Əliyev , Filologiya və xarici dil müəllimliyi fakültəsinin 305-ci qrup tələbəsi Kamayeva Vlada müsabiqədə universitetimizi layiqincə təmsil ediblər.

BSU-nun Mətbuat Xidməti