BSU-da akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirilib

            

    Aprelin 26-da Bakı Slavyan Universitetində (BSU) Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin İbtidai təhsil kafedrasının Auditoriya+ layihəsi çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

    Tədbiri giriş sözü ilə açan İbtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva akademik Zərifə Əliyevanın elmi-pedaqoji, ictimai fəaliyyətindən söz açıb, onun XX əsrin ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biri olduğunu vurğulayıb.

      Tədbirdə çıxış edən yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu Zərifə Əliyevanın Azərbaycan xanımları cərgəsində müstəsna yerindən danışıb. N.Dəmirçioğlu akademikin insani keyfiyyətləri, onun ölkəmizdə oftalmologiya sahəsinin inkişafında oynadığı əvəzsiz rolunu xüsusi qeyd edib.

Tədbirin davamında Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin tələbələri ana haqqında şeirlər səsləndiriblər.

      Sonda çıxış edən Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin dekanı, professor Flora Naciyeva kafedra tərəfindən akademik Zərifə Əliyevaya həsr olunmuş anım tədbirlərinin hər il ənənəvi olaraq keçirilməsini yüksək qiymətləndirib, qonağa və çıxış edən tələblərə minnətdarlığını bildirib.

BSU-nun Mətbuat Xidməti