Aprelin 25-də Bakı Slavyan Universitetində (BSU) “Təlimdə İKT-dən istifadə” və "Fəal təlim və İnternet resursları" (FTIR) mövzusunda təlim kursuna start verilib. Bir ay davam edəcək təlimdə BSU-nun 60 müəlliminin iştirakı və sonda həmin müəllimlərin sertifikatlarla təmin olunması nəzərdə tutulub.
Növbəti təlimi Azərbaycan Respublikası Təhsil Problemleri İnstutunun təlimçisi, təhsil üzrə ekspert, Xəzər universiteti Dünya məktəbinin koordinator-müəllimi Vəfa Vəliyeva aparıb. Fəal dərsin qurulması, fəal təlimin səciyyəvi xüsusiyyətləri, internet resurslarından, veb 2.0 alətlərindən istifadə, dərslərin bloqlarda yerləşdirilməsi, MS Excel proqramı vasitəsilə qiymətləndirmə, İKT bacarıqlarına yiyələnmə təlimin aparıcı mövzularından olub.
Daha sonra təlim diskusiya şəkilində davam etdirilib.
BSU-nun Mətbuat Xidməti