BSU tələbələri Cocuq Mərcanlıda

               

    Artıq bir həftədir Bakı Slavyan Universitetinin IV kurs tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbində pedaqoji təcrübə keçirlər. Təcrübə rəhbəri BSU-nun Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə, tələbələr - Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbələri Samir Abdulov, Leyla Hacıyeva, SABAH qruplarının rus dili müəllimliyi üzrə təhsil alan tələbəsi Zarema Tintinova, Pedaqoji fakültənin rus dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbəsi Ülviyyə Mədətova, həmin fakültənin təhsildə sosial psixoloji xidmət ixtisasının tələbəsi Kamilə Abbasova pedaqoji təcrübə zamanı bir sıra maraqlı tədbirlərdə iştirak ediblər.

  Tələbələr BSU-nun Mətbuat Xidmətinə onlar üçün Cocuq Mərcanlıda yaradılan şəraitdən, məktəb kollektivinin qonaqpərvəliyindən danışıblar. Təcrübə rəhbəri Ərkinaz Məmmədhəsənzadə deyib ki, ilk gündən Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev başda olmaqla məktəbin müəllim-şagird kollektivi BSU nümayəndlərinə xüsusi qayğı ilə yanaşır.

    Pedaqoji təcrübə zamanı tələbələr məktəblə yaxından tanış olub, Cocuq Mərcanlıda yerləşən “Qayıdış” parkına ekskursiya ediblər. Tələbələr dərs zamanı şagirdlər  arasında maraqlı mesabiqələr, psixoloji sorğular keçiriblər. Gəncləri direktor Zamin Hacıyev öz evində xüsusi qonaqpərvərliklə qonaq edib, təcrübə müddətində nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparıb.

BSU-nun Mətbuat Xidməti