Aprelin 11-də Bakı Slavyan Universitetində “Slavyanın səsi” adlı musiqi yarışmasının final mərhələsi keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova finala vəsiqə qazanan tələbələrə uğurlar diləyib. Prorektorun sözlərinə görə, layihənin keçirilməsində əsas məqsəd tələbələr arasında bədii yaradıcılığa marağı artırmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etməkdir.
Tədbirdə üç finalçının çıxışı dinlənilib. Yarışmada komandaların rəhbərləri Cavid Hüseynli, Aytac Samullayeva, Namiq Fərəcov və bir çox universitetlərin “Tələbə baharı” nın qalibləri münsif qismində çıxış ediblər. Finalçılar müxtəlif janrlarda mahnılar səsləndiriblər. Aytac Samullayevanın komandasından finalçı Mərcan Nağıyeva III yer, Cavid Hüseynlinin komandasından olan Vüsalə Quliyeva II yer, Namiq Fərəcovun komandasından olan Aydan Şahgəldiyeva I yerin qalibi olub. Qaliblərə sonda diplom və medallar təqdim edilib.
BSU-nun Mətbuat Xidməti