BSU tərəfindən ağacəkmə aksiyası keçirilib

            

       Aprelin 11-də Bakı Slavyan Universitetinin (BSU) “Tələbə Ekologiya klubu”nun  (Ecolife) təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. “Nəsimi İli” çərçivəsində keçirilən “Mövsimi-novruzü neysan aşikar oldu yenə...” adlı aksiya Nəsimi rayonu, Cavadxan küçəsi, 40 ərazisində təşkil olunub.

    Ətraf mühitin qorunması, mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə keçirilən aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva, universitetin prorektorları, fakültə dekanları, yerli və əcnəbi tələbələr könüllü olaraq iştirak ediblər.

    BSU-nun professor-müəllim və tələbə heyətinin ruh yüksəkliyi ilə  qoşulduğu aksiyada Nəsimi rayonu, Cavadxan küçəsi, 40 ərazisində 100 şam ağacı tingi əkilib. Aksiya Bakı Slavyan Universitetinin əsas binasının həyətində də davam etdirilib.

   Qeyd edək ki, Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri təbiətin mühafizəsini, ekoloji vəziyyətin yaxşılaşdırılmasını və vətəndaşların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Əsası Ulu öndər tərəfindən qoyulmuş bu ənənə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz onun diqqət və qayğısı sayəsində ölkəmizdə ekoloji durumun daim sağlamlaşdırılması, mövcud yaşıllıq sahələrinin artırılması və yeni ağacların əkilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.   

BSU-nun Mətbuat Xidməti