BSU-da F.M.Dostoyevskinin 200 illik yubileyi ilə bağlı diskussiya olub

           

    Bu gün Bakı Slavyan Universitetinin (BSU) ikinci tədris binasında böyük rus yazıçısı F. M. Dostoyevskinin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş diskussiya keçirilib. Diskussiya Rossotrudniçestvonın Azərbaycandakı Nümayəndəliyi, Azərbaycanda Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyası, BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsi və Rus ədəbiyyatı tarixi kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.
     Diskussiyanın moderatoru Rus ədəbiyyatı tarixi kafedrasını dosenti Kəmalə Umudova ““Cinayət və cəza” romanı – paradoksal Raskolnikov” adlı proqramı iştirakçılara təqdim edib.
Dəyirmi masada F. M. Dostoyevskinin yaradıcılığına həsr olunmuş qısametrajlı filmlər və slaydlar nümayiş olunub.
    Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib. Diskussiyaya qonaq qismində dəvət olunan “Neft Daşları” qəzetinin baş redaktoru, yazıçı-publisist Xeyrulla Ağayev, Filologiya və xarici dil müəllimliyi fakültəsinin tərbiyə işləri üzrə dekan müavini Sevinc Musayeva, Rus ədəbiyyatı tarixi kafedrasının dosenti Xuraman Mursaliyeva, həmin kafedranın müəllimi Ümidiyyə Əsədova maraqlı məruzələrlə çıxış ediblər. 
Sonra Filologiya və xarici dil müəllimliyi fakültəsinin III kurs tələbələri Mehdi Cəlilov, Vlada Kamayeva, Solmaz Melikova, Vəsiqə Dadaşova, Banu Əhmədova, Leyla Qurbanova, Xəyalə Əliyeva, I kurs tələbəsi Zarina Əhmədova F. M. Dostoyevskinin yaradıcılığından çıxışlar ediblər.
   Çıxış üçün söz alan Azərbaycanda Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina Bakı Slavyan Universitetinin tələbələrinin mədəni və elmi potensialını yüksək qiymətləndirib, onları yeni mədəniyyət və təhsil layihələrində yaxından iştirak etməyə dəvət edib.

BSU-nun Mətbuat Xidməti