BSU tələbələri “AITF 2019” sərgidə iştirak ediblər

              

      4-6 aprel tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisinin açılış mərasimi olub. Hər zaman olduğu kimi, bu il də “AITF” sərgisi müxtəlif ölkələrin turizm bazarlarının nümayəndələrini, eləcə də milli və regional turizm təşkilatları və dövlət strukturlarını bir araya gətirib.

      Ənənəvi olaraq, sərgidə Belarus, Bolqarıstan, Çin, Dominikan Respublikası, İtaliya, Mərakeş, Tailand və Çex Respublikası milli stendlər ilə çıxış ediblər. Sərginin əyləncə proqramı çərçivəsində beynəlxalq rəqs festivalı təşkil olunub. BSU-nun “Arzu” rəqs ansamblının üzvləri festivalda Belarus milli rəqsi və Belarus dilində mahnı ilə çıxış ediblər.

    Sərgidə BSU-nun Belarus dili və mədəniyyəti mərkəzinin müdiri Albina Seyidova və “Arzu” rəqs ansambılının rəhbəri Əli Natiqoğlu tələbələrimizi müşaiyyət ediblər.

BSU-nun Mətbuat Xidməti