BSU əməkdaşları beynəlxalq təlimlərdə iştirak ediblər

             

    Bakı Slavyan Universitetinin əməkdaşları - Elektron İdarəetmə şöbəsinin müdiri Nurlan Məmmədli, İngilis Filologiyası kafedrasının baş müəllimi Natavan Babayeva və Tərcümə fakültəsinin dekan müavini Leyla Musayeva Gəncə Dövlət Universitetində Avropa Komissiyasının ERASMUS+  proqramının PETRA (Azərbaycan Universitetlərində Tədris və TəliminTəkmilləşdirilməsi) layihəsi çərçivəsində aprel ayının 1-dən 5-dək təşkil olunan beynəlxalq təlimlərdə iştirak ediblər. Beynəlxalq təlimdə məruzəçi qismində Finlandiyanın Yuvaskula Universitetinin, İspaniyanın Valensiya Politexnik Universitetinin, Avstriyanın Vyana Tətbiqi Elmlər Universitetinin, Türkiyənin Qazi Universitetinin, Macarıstanın Debrecen Universitetinin və o cümlədən  eyni zamanda 7 Azərbaycan universitetinin nümayəndələri, ERASMUS Milli ofisinin əməkdaşları da iştirak ediblər.

     İngilis Filologiyası kafedrasının baş müəllimi Natavan Babayeva layihə çərçivəsində BSU-da yeni fəaliyyətə başlayan Təlim və Tədris Mərkəzi haqqında təqdimatla çıxış edib. Mərkəzdə araşdırmalar üçün tədqiqat mexanizmləri, tədqiqatın aparılması vasitələri, müxtəlif mövzularda seminar və təlimlərin təşkil edilməsi və gələcəkdə də bu istiqamətdə görüləcək işlər, hədəflər barədə məlumat verib.

     Qeyd edək ki, Təlimin keçirilməsidə əsas məqsəd Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Layihə çərçivəsində universitetlərin müəllim heyəti, o cümlədən magistr və doktorantlar istənilən sahə üzrə elmi tədqiqatlar aparmaq üçün beynəlxalq akkreditasiya olunmuş kitabxanalardan, elm mərkəzlərindən onlayn yararlana biləcəklər.

BSU-nun Mətbuat Xidməti