BSU-da Novruza həsr olunmuş tədbirlər davam edir

       

      Martın 18-də Bakı Slavyan Universitetində Novruz bayramına həsr olunmuş silsilə tədbirlər çərçivəsində Tərcümə fakültəsi və Avropa dilləri kafedrasının birgə təşkilatçılığı ilə şənlik keçirilib. Bayram tədbirinin əvvəlində BSU-nun “Arzu” rəqs ansamblının təqdimatında möhtəşəm rəqs nümayiş olunub.

     Sonra tərcümə fakültəsinin III kurs tələbəsi Ümid Məmmədov Novruz bayramı və bu bayramın atributları barədə ingilis dilində slayd təqdim edib.

     Tədbir çərçivəsində ingilis və Azərbaycan dillərində Novruz bayramına həsr olunmuş səhnəciklər göstərilib, haqıştalar səsləndirilib.

BSU-nun Mətbuat Xidməti