BSU-nun əcnəbi tələbələri Azərbaycan Xalça Muzeyində olub

             

         Bu günlərdə Bakı Slavyan Universitetinin Əcnəbi tələbələrlə iş üzrə dekanlığı və Əcnəbi tələbələr şurasının birgə təşkilatçılığı ilə Hazırlıq şöbəsində, o cümlədən müxtəlif ixtisaslar üzrə təhsil alan 15 əcnəbi tələbə Azərbaycan Xalça Muzeyində olub.

        Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini dünyaya tanıtmaq məqsədilə keçirilən ekskursiyada bələdçilər tərəfindən əcnəbi tələbələrə muzeyin ekspozisiyasında nümayiş olunan xalçalar, tikmələr, zərgərlik məmulatları, arxeoloji eksponatlar göstərilib, hər bir eksponat haqqında ingilis və rus dillərində geniş məlumat verilib.

      Ekskursiyanın sonunda BSU-nun əcnəbi tələbələri və onları müşaiyət edən Rus ədəbiyyatı tarixi kafedrasının dosenti Mahrux Tağıyeva muzeyin xatirə dəftərində öz ürək sözlərini yazıblar.

BSU-nun Mətbuat Xidməti