BSU-da Beynəlxalq Qadınlar Günü ilə əlaqədar sərgi keçirilib

              

    Bakı Slavyan Universitetində (BSU) Ölkəşünaslar klubunun təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “8 mart- dünya mədəniyyəti tələbələrin gözündə” adlı sərgi keçirilib. BSU-nun bütün fakültələrinin qatıldığı sərginin stendləri pedaqoji, tərcümə, beynəlxalq münasibətlər və regionşünaslıq fakültələrinin yerləşdiyiy mərtəbələrdə hazırlanıb.

Tələbələrin əl işlərindən ibarət olan sərgidə Slavyan xalqlarının və dünya ölkələrinin mədəniyyətlərinə aid nümunələr təqdim olunub.

     Ölkəşünaslar klubunun  sədri, II kurs tələbəsi Aysel Qaybaliyeva bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar keçirilən sərgi BSU rəhbərliyinin, o cümlədən müəllim və tələbələr tərəfindən yüksək qiymətləndirilib. Martın 12-dək davam edəcək.sərgidə  müxtəlif ölkələrin geyimləri, tələbələr tərəfindən çəkilən qadın portretləri, tablolar yer alıb.

     7 mart tarixində BSU-da klubun təşkilatçılığı ilə fləşmob keçirilib. Klubun üzvləri tərəfindən BSU-nun xanım əməkdaşlarına və tələbələrinə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı əl işi olan açıqcalar paylanılıb.

BSU-nun Mətbuat Xidməti