BSU-da “Rus dilini xarici dil kimi tədris edən müəllim” kurslarının təqdimatı olub

                 

    Martın 5-də Bakı Slavyan Universitetində (BSU) “Rus dilini xarici dil kimi tədris edən müəllim” layihəsinin təqdimatı olub.

    Təqdimatda çıxış edən A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin nümayəndəsi, pedaqogika elmlər namizədi Nataliya Nakora A.İ. Gertsen adına Rusiya Dövlət Pedaqoji Universiteti və “Alfa Dialoq” mərkəzi tərəfindən təşkil olunan “Rus dilini xarici dil kimi tədris edən müəllim” layihəsi barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi rus dilini tədris edən müəllimlərin, o cümlədən gələcək metodistlərin rus dili biliklərini sistemləşdirmək, qısa vaxt ərzində gələcək metodistlərə nəzəri və praktik bazanın inkişafına şərait yaratmaq, rus dilini normal səviyyədə bilənlər üçün lazımi imkanlar sərgiləməkdir. N.Nakoranın sözlərinə görə, Rusiya Dövlət Pedaqoji Universitetinin peşəkar müəllimləri tərəfindən aparılan kurslarda ümumilikdə dərslər 120 saatı əhatə edir. Kursların sonunda təşkil olunan attestasiyadan müvəffəqiyyət qazanan iştirakçılar beynəlxalq sertifikatla təmin olunacaqlar.

Qeyd edək ki, “Rus dilini xarici dil kimi tədris edən müəllim” kurslarında iştirak etmək istəyənlər mart ayının 28-ə qədər http://www.alfa-dialog.ru/ saytında qeydiyyatdan keçə bilərlər.

BSU-nun Mətbuat Xidməti