BSU-da ERASMUS+ PETRA çərçivəsində treninqlərə start verilib

          

    Bakı Slavyan Universitetinin Təlim-Tədris Mərkəzində ERASMUS+PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində artıq bir neçə gündür treninqlərə start verilib.

   TTM-in tərtib olunmuş iş planına uyğun olaraq  ilk tereninq fevralın 27-də  Almaniyanın Azərbaycndakı səfirliyinin nəzdində fəaliyyət göstərən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dil asistenti Rusudan Abşilava tərəfindən keçirilib.

   “Alman musiqisi”nə həsr olunmuş təlimdə BSU-nun filologiya və xarici dil müəllimliyi, o cümlədən tərcümə fakültəsinin alman dili ixtisası üzrə təhsil alan tələbələri və alman dilini tədris edən müəllimlər iştirak ediblər.

   Təlim-Tədris Mərkəzində 4 mart tarixində təşkil olunan növbəti treninqi isə  Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əməkdaşlıq üzrə məsul  nümayəndəsi, “Campus France”in rəhbəri Morin Raab aparıb. “Fransada bakalavr, magistr və doktorant pilləsində təhsil” mövzusunda keçirilən təlimdə BSU-nun fransız dili ixtisası üzrə təhsil alan filologiya və xarici dil müəllimliyi, o cümlədən tərcümə fakültəsinin tələbələri iştirak ediblər.

BSU-nun Mətbuat Xidməti