Gənclərin məşğulluğu dövlətimizin diqqət mərkəzindədir

                           

        Yanvarın 23-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşəbbüsü ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib. “Gənclərin məşğulluğu dövlətimizin diqqət mərkəzindədir” devizi altında keçirilən konfrans ASK-nın 20, BƏT-in 100-illik yubileylərinə həsr olunub.

      Konfransda BSU-nun nümayəndəsi Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov iştirak edib.

     Konfransda gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət, müasir dövrün çağırışları və perspektivlərinə dair beynəlxalq ekspertlərin, eləcə də yerli mütəxəssislərin təqdimatları, təhsil və bacarıqlar, gənclərin sahibkarlığı və qanunvericilik məsələlərini geniş təhlil etdilər.

BSU-nun Mətbuat Xidməti