BSU-da əcnəbi dinləyicilər üçün açıq dərs keçirilib

           

     Fevralın 1-də Bakı Slavyan Universitetinin (BSU) nəzdində fəaliyyət göstərən Hazırlıq kurslarında əcnəbi dinləyicilər üçün açıq dərs keçirilib. Əcnəbi tələbələrlə iş üzrə dekanlıq tərəfindən təşkil olunmuş dərsi  Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Mətanət Dadaşova aparıb. Qeyd edək ki, hazırlıq kursunda Çin Xalq Respublikası, Pakistan İslam Respublikası, İran İslam Respublikası, ABŞ, İspaniya, Qambiya və Türkmənistandan gəlmiş səkkiz əcnəbi dinləyici iştirak edir.

    Onlar oktyabrın 31-dən Bakı Slavyan Universitetində hazırlıq kurslarına başlayıblar. Bu gün keçirilən açıq dərs I semestrin yekun hesabatı kimi nəzərdə tutulub. Açıq dərsdə tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, Rus dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Aida Şahbazova, Əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədova, Əcnəbi tələbələrlə iş üzrə dekanlığın metodisti Nuranə Eyvazova və hazırlıq kursunda dərs keçən bir sıra müəllimlər iştirak ediblər.

BSU-nun Mətbuat Xidməti