Hər il olduğu kimi bu il də Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti tərəfindən Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini yad etmək məqsədi ilə "54-cü Ulduz yürüşü" adlı təntənəli beynəlxalq tədbir təşkil olunub.
Beynəlxalq tədbirdə iştirak etmək üçün Bakı Slavyan Universitetinin bir qrup fəal tələbəsi - filologiya fakültəsinin tələbələri Albina Qasımova, Gündüz Məmmədov, pedaqoji fakültənin tələbəsi Fidan Əsgərova, tərcümə fakültəsinin tələbəsi Vaqif Yəyhalı 28 yanvardan fevralın 1-dək Belarusun Minsk şəhərinə ezamiyyətə yollanıb.
Beynəlxalq tədbir çərçivəsində Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru, professor Aleksandr Juk BSU tələbələri ilə görüşüb. Tələbələrimizin tədbirə milli geyimdə qatılmaları, Azərbaycan mədəniyyətini, tarixini Belarusda layiqli səviyyədə təmsil etmələri rektor A.Juk tərəfindən müsbət qarşılanıb.
Sonra tələbələrimiz Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri Şəfiqə Məmmədova ilə görüşüb, mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.
BSU-nun Mətbuat Xidməti