BSU tələbələri sərgidə iştirak ediblər

        Xatırladaq ki, 27 yanvar tarixi Rusiyanın Döyüş Şöhrəti Günü kimi qeyd olunur. Həmin gün Leninqrad şəhəri düşmən blokadasından azad olunub. Leninqrad blokadası rus tarixinin ən qara günlərindən biri olmuş və şəhərin azad edilməsi həm rus xalqlı, həm də dünya ictimaiyyəti üçün çox böyük əhəmiyyətə malik olub. Bu il blokadanın aradan qaldırılmasının 75 illiyi tamamlanır. Bu münasibətlə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Rusiyanın hərbi qüdrətini əks etdirən fotosərgi keçirilib. Sərgidə tanınmış fotoqraf Aleksandr Novikovun əsərləri nümayiş olunub.

           Foto-sərgidə Bakı Slavyan Universitetinin Rusiya tədris və mədəniyyət mərkəzinin “Moskva auditoriyası”nın müdiri Gülnarə Novruzova, Sankt-Peterburq tədris və mədəniyyət mərkəzinin müdiri Andrey Cabbarov və rusiyaşünaslıq ixtisası üzrə təhsil alan I, II, III kurs tələbələri iştirak ediblər.

BSU-nun Mətbuat Xidməti