BSU-da gələcək doktorant və dissertanlarla görüş keçirilib

                                         

        BSU-da fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya sənəd vermiş şəxslərlə universitetin professor-müəllim heyətinin görüşü olub. Tədbiri açan elmi işlər üzrə prorektor, professor R.Novruzov görüşün tanışlıq xarakteri daşıdığını, həm ali məktəbin elmi heyətinin iddiaçılarla, həm də iddiaçıların bir-biri ilə ünsiyyət yaratmaq məqsədi daşıdıqını bildirib. O, sonra iddiaçıların adlarını oxuyaraq onların özlərini təqdim etmələrini xahiş edib. Görüşdə hər bir iştirakçı öz elmi fəaliyyəti barədə müfəssəl məlumat verib. 
         Qeyd edək ki, bu il BSU-nun müvafiq ixtisaslar üzrə doktorantura və dissertantura şöbələrinə sənəd verənlərin sayı xeyli artıb. Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik üzrə beş nəfər, Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid üzrə bir nəfər, Dünya ədəbiyyatı üzrə üç nəfər, Jurnalistiika üzrə bir nəfər, Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi üzrə iki nəfər, Beynəlxalq münasibətlər üzrə dörd nəfər, Siyasi nəzəriyyə üzrə bir nəfər və türk dilləri üzrə bir nəfər olmaqla doktoranturaya 18 nəfər, Azərbaycan dili üzrə iki nəfər, müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik üzrə 6 nəfər, Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası üzrə iki nəfər, Beynəlxalq münasibətlər üzrə bir nəfər, Dünya ədəbiyyatı üzrə iki nəfər, Ümumi psixologiya üzrə iki nəfər olmaqla on beş nəfər dissertanturaya sənəd verilmişdir. Bundan əlavə, yeddi nəfər elmlər doktoru proqramı üzrə sənəd vermişdir. Onlardan iki nəfəri Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik üzrə, bir nəfəri Dünya ədəbiyyatı, bir nəfəri Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası doktorantiraya, üç nəfəri isə elmlər doktoru proqramı üzrə dissertanturaya sənəd verib. 


BSU-nun Mətbuat Xidməti