Hər il olduğu kimi bu il də Bakı Slavyan Universitetinin Alman filologiyası kafedrası dekabrın 21-də Milad bayramı ilə əlaqədar olaraq təntənəli tədbir təşkil edib. Tədbirdə BSU-nun Alman filologiyası kafedrasının müdiri və Germansitika İnstitunun direktoru, professor Sevinc Rzayeva, Alman Akademik Mübadilə Xidmətinin (AAMX-DAAD) lektoru Mara Liza Gezer, Avstriya səfirliyinin nümayəndəsi Ştefani Matser, DAAD-ın əməkdaşı Rusudan Abşilava, Azərbaycan Dillər Universitetinin Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Qahirə Axundova, Alman filologiyası kafedrasının müəllim heyəti, BSU-nun digər kafedra müdirləri və müəllimləri, tələbələr, o cümlədən BSU-nun nəzdindəki Məktəb-Lisey Kompleksinin (MLK) kollektivi iştirak ediblər.
Tədbir ikinci kurs tələblərinin “Merry Christimas” mahnısı ilə başlayıb. Bunun ardınca birinci kurs tələbəri arasında “Alman dilində ən yaxşı tələffüz” yarışmasına start verilib. Qaliblərin seçilməsi üçün əvvəlcədən münsiflər heyətinin üzvləri təyin olunub. Münsiflər heyətinin üzvləri Alman Akademik Mübadilə Xidmətinin (AAMX-DAAD) lektoru Mara Liza Gezer, Avstriyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Ştefani Matser və DAAD-ın əməkdaşı Rusudan Abşilava seçilib.
Alman dili ixtisası üzrə I kursda təhsil alan tələblərin səhnələşdirdiyi “Rotkäppchen” (“Qırmızı papaq”) tamaşası tədbirin ən yadda qalan hissəsi olub. İkinci kurs tələbləri Milad bayramının tarixi haqqında tədbir iştirakçılarına maraqlı məlumatlar veriblər. Tədbir konsert proqramı ilə davam edib. Proqramda alman dilində mahnılar ifa olunub, BSU MLK-nın şagirdləri tərəfindən şeirlər söylənilib.
Tədbirin sonunda çıxış edən professor Sevinc Rzayeva bayram şənliyinin yüksək səviyyədə təşkil olunmasında zəhməti keçən Alman filologiyası kafedrasının müəllimləri dosent Telman Kazımova, Murad Muradova, Aygün Rüstəmliyə, Səbinə Hüseynova və Samirə Kazımovaya təşəkkürünü bildirib.
Sonra Avstriya səfirliyin nümayəndəsi Ştefan Matser və DAAD-ın əməkdaşı Rusudan Abşilavaya tərəfindən müsabiqənin nəticələri elan olunub. Birinci, ikinci və üçüncü yerin qalibləri qonaqlar tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. Çıxış edən münsiflər qalibləri təbrik edərək BSU-da alman dilinə və mədəniyyətinə yüksək marağın olmasından məmnunluq ifadə ediblər.
Tədbir çərçivəsində BSU-nun Germanistika İnstitunun nəzdində fəaliyyət göstərən Vilhelm fon Humboldt adına təlim və tədris mərkəzində tələbələrin hazırladıqları Almaniya və Avstriya mətbəxinə məxsus təamların nümayişi olub.