BSU Tərcümə fakultəsinin tələbələrinin hazırladığı yumoristik tamaşa maraqla qarşılanıb

                              

    Bu günlərdə Bakı Slavyan Universitetinin Avropa  dilləri  kafedrasının müəllimi Leyla Quliyevanın təşkilatçılığı ilə hazırlanmış “Amerika radiosu” adlı yumoristik tamaşa nümayiş olunub. Tamaşadan məqsəd tələbələrə dilin fonetik prinsiplərin qorunmasının vacibliyini izah etmək, ləhcə və şivələrin yaratdıqları problemləri əyləncəli şəkildə göstərmək olub. Üç müxtəlif ölkənin vətəndaşı, guya, ingilis dilində danışır, lakin onlar ləhcə fərqi üzündən biri-birlərini başa düşmədiklərinə görə gülünc vəziyyətdə qalırlar. 

   Tamaşada Tərcümə fakültəsinin 2-ci kurs rus bölməsinin (204 qrupun) tələbələri rol almışlar. Onlardan Teymur Məlikovun,  Ayan Yusiflinin,  Mədinə Həsənovanın, Sevil Əbdulvahidovanın, Sevda Zakaryayevanın  çıxışları xüsusi maraqla qarşılanıb.